Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın xarici borcu rekord səviyyəyə çatdı

ABŞ dünyanın ən böyük iqtisadi güclərindən sayılsa da, borc içində batır. Nəhəng dövlətin xarici borcu rekord məbləğə çatıb.

Bizimyol.info ABŞ maliyyə nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu ölkənin xarici borcu 22,012 trilyon dollara çatıb. Son bir ay ərzində rəqəm 90 milyard dollar artıb.

“USA Today” qəzetinin yazdığına görə, borc artımı Donald Trampın dövründə xüsusi sürət götürüb. Nəşr burada vergi islahatlarının düzgün aparılmamasını əsas səbəb kimi göstərib. Vergi islahatları üçün büdcədən yarım trilyon dollara qədər vəsait xərclənib.

Ümumiyyətlə, Trampın dövründə rəqəm 2 trilyon dollara qədər artıb. Bu dəfə son 70 ilin maksimumu qeydə alınıb. Konqressin proqnozuna görə, 2028-ci ildə borc ümumdaxili məhsulun 96 faizini təşkil edəcək.

Tramp üç il əvvəl seçki kampaniyası zamanı 8 il ərzində xarici borcdan tam azad olacaqlarını söz vermişdi. ABŞ dövlət başçısı mümkün prezidentlik dövrünə güvənirdi. İnsafən, 2017-ci ilin əvvəlində borc azalmağa başlamışdı. Amma sonradan vəziyyət pisləşdi. Həmin mənfi tendensiya keçən il daha sürətlə davam etdi.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »