Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koçaryana qarşı yeni ittiham irəli sürüldü

Ermənistan Xüsusi İstintaq Xidməti bu gün eks-prezident Robert Koçaryana qarşı yeni ittiham irəli sürüb.

Bu barədə Koçaryanın vəkilləri məlumat veriblər.

Eks-prezidentə “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb. İttiham iş adamı Silva Ambartsumyanın şikayəti əsasında irəli sürülüb.

Sahibkar 2018-ci ildə mətbuat-konfranslarından birində bəyan etmişdi ki, 2008-ci ildə ərəblərlə böyük bir müqavilə imzalayıb və “mane olmaması üçün” o zamanki prezident Koçaryana rüşvət verib.

Ermənistanın eks-prezidenti isə öz növbəsində iş adamını məhkəməyə verərək onu böhtan atmaqda günahlandırıb.

Qeyd edək ki, hazırda həbsdə olan R. Koçaryan 1 mart 2008-ci il hadisələri zamanı konstitusion quruluşun devrilməsində ittiham olunur. (Qafqazinfo.az)

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ərdoğanın maaşı nə qədər olacaq...
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »