Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İranı hədələdi: "Qeyd edəcək yubileyləriniz qalmayıb"

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İslam İnqilabının 40 illiyini qeyd edən İranı hədələyib.

Bolton “Qeyd edəcək çox yubileyinizin qaldığını düşünmürəm” deyib.

ABŞ prezidenti Donald Tramp isə “İrandakı rejim sadəcə 40 illik bir uğursuzluq istehsal edib. İran xalqı daha parlaq bir gələcəyə layiqdir” deyib.

Bolton yayımlanan video çarxda qeyd edib ki, İran öz xalqını və regiondakı ölkələri terrora məruz qoyur: “İran planetdəki insanların gözünü qorxutmaq üçün hələ nüvə silahları istehsal etməyin dalınca qaçır. İran əslində Suriya, İraq, Yəmən və Orta Şərqdəki beynəlxalq terroru maliyyələşdirir. Tehranın məqsədləri qəbuledilməzdir”.

Bolton “Bəlkə də ən pis vəziyyət İran xalqının ciddi sıxıntıda olması, işsizliyin və inflyasiyanın rekord səviyyəyə çatmasıdır” ifadəsini də işlədib. (Olke.az)

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »