Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəyəri 118 min dollar olan ağacı oğurladılar

Yaponiyanın Saytama prefekturasında yerli adamlar üçün böyük cinayət baş verib. Tokionun yaxınlığındakı şəhərin qoruğundan dəyəri 118 min dollar olan 7 bonsay ağacı oğurlanıb.

Bizimyol.info CNN-ə istinadən xəbər verir ki, ağacın 400 yaşı vardı. Məsələnin maraqlı tərəfi qoruğun xüsusi qorunmamasıdır. Seydzi İumuranın bağı ərazisi olan yeri qorunmamasına həm də sahibə özü razı deyildi. İumura adamların bonsay ağacını yaxından müşahidə etməsini istəyirdi.

İumura ailəsinin artıq beşinci nəslidir ki, bonsay yetişdirməklə məşğul olur. Oğurlanan simpaku növü hələ XVII əsrdə dağ zirvəsində tapılmışdı.

Yerli televiziya oğrulara ağaclarla yaxşı davranmaları üçün müraciət edib. Polis oğruları axtarır. İumura ailəsi isə ərazidə müşahidə kameraları yerləşdirir.

Bonsay yetişdirmək sənəti qədim Çində yaranıb. Ad da çin dilindəki “pen-çay” ifadəsindən formalaşıb. Mənası dibçəkdə ağac deməkdir. Doğrudan da, bonsayı, adətən, dibçəkdə yetişdirirlər. İstisna hallarda adi formada bonsay görə bilərik.

Son xəbərlər
Bütün xəbərlər »