Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyonçu doğma kəndinin sakinlərinə pul payladı - Video

Çində bir milyonçu doğulduğu kəndin sakinlərini sevindirmək qərarına gəlib. O, Şərq təqviminə görə yeni Donuz ili günlərində kənd adamlarına bayram hədiyyəsi edib.

Bizimyol.info “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, “Xinjiang Tiandi Group” şirkətinin rəhbəri Çjen Datsin milyonlarla yuan xərcləyib. O, Sıçuan vilayətindəki dogma Dintsitsyaoya vertolyotla gəlib. 60 yaşlı iş adamı 50 yaşı tamam olan hər sakinə pul verib. Kənd sakinlərindən birinin dediyinə görə, Datsin ümumilikdə 9 milyon yuan (təxminən 133 min dollar) paylayıb.

Bundan başqa, iş adamı 3 milyon yuanlıq (təxminən 44 min dollar) məişət texnikası alıb gətirib. İndi kənddə az qala hamının evində yeni kondisioner, televizor və soyuducu var. Bayram proqramına başqa əyləncələr də daxil edilib. Məsələn, Datsin kəndin yaşlılarına növbə ilə onun vertolyotunda dövrə vurmağa şərait yaradıb.

Çjen 1959-cu ildə doğulub. 26 yaşında kənddən Urumçiyə gedəndə qara qəpiyi də yox idi. Amma cəmi 10 il sonra o, öz şirkətini yaratmışdı. İndi Çjenin şirkətinə 16 törəmə kompaniya daxildir. Datsin Çinin 339-cu zəngin adamı sayılır.

Son xəbərlər
Bütün xəbərlər »