Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Filippinin adı dəyişdirilə bilər

Filippin Prezidenti Rodriqo Duterte müstəmləkəçilik tarixi ilə olan əlaqəni zəiflətmək üçün ölkənin adının dəyişdirilərək "Maharlika Respublikası" olmasını təklif edib.

Rusiya KİV-lərinin məlumatına görə, Prezident bu barədə Magindanao əyalətində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Filippin" adını ölkəyə Ferdinand Magellan verib, çünki İspaniya kralı Filipp onun səfərinin xərcini üzərinə götürmüşdü.

Filippin lideri ölkənin "Maharlika Respublikası" adlandırılması ideyasını bəyəndiyini qeyd edib.

Qeyd edək ki, müasir Filippin dilində "maharlika" sözü "kral nəcibliyi" deməkdir. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »