Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda mənzillərin qiyməti bahalaşıb

“Ümumilikdə daşınmaz əmlak bazarında bu ilin yanvar ayı ərzində 1 faiz ucuzlaşma var. Amma ötən ilin eyni dövrü ilə müqayisə 5,86 faiz bahalaşma müşahidə olunur”.

Bu barədə Bizimyol.info-ya açıqlamasında əmlak məsələləri eksperti Nüsrət İbrahimov bildirib. O, 2019-cu ilin yanar ayı ərzində mənzil bazarında olan qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə açıqlayıb.

Ekspert qeyd edib ki, cari ilin yanvar ayı ərzində ilkin mənzil bazarında qiymətlərdə 1,27 faiz azalma müşahidə olunub.. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə 9,3 faiz artım var.

Bu ilin yanvar ayı ərzində təkrar mənzil bazarında 0,1 faiz ucuzlaşma müşahidə olunub. Amma ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə 6,41 fazi artım var.

Torpaq bazarında da ay ərzində cari ilin yanvar ayı ərzində 1,47 faiz ucuzlaşma müşahidə olunub. Amma ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artım var.

Ekspert deyib ki, daşınmaz əmlak bazarında qiymətlərə daxili və xarici faktorlar təsir göstərir: “2015-2017-ci illərdə dünya bazarında neftin qiyməti aşağı düşmüşdüsə, 2018-ci ildə neftin qiyməti bahalaşdı. Nəticədə valyuta ehtiyatlarını artdı. Bu insanların gəlirlərinin artmasına da müsbət təsir göstərdi. Tikinti bazarına inam artdı və yeni yaşayış binalarının inşaası sürətləndi. Nəticədə qiymətlər də artdı. Qonşu ölkələrin paytaxt şəhərlərində qiymət artımı müşahidə olunub”.

O deyib ki, mənzil bazarında qiymət artımının bir səbəbi də tikinti materialları bazarında qiymət artımının müşahidə olunmasıdır.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransada yeni şəxsiyyət vəsiqəsi qəzəbi: “Makron Fransanı alçaltdı”
Son xəbərlər
Bütün xəbərlər »