Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramvayı icarəyə götürdü və bir gün hamını havayı gəzdirdi

Rusiyanın Krasnodar şəhərinin sakininin ağlına qeyri-adi ideya gəlib. İvan Kalugin şəhər tramvayının 5 saylı vaqonunu icarəyə götürmək fikrinə düşüb.

Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhər tramvay-trolleybus birliyi müraciətə müsbət cavab verib. Kaluginə tramvayı icarəyə götürməyə şərait yaradıblar. Bir günlük icarə ona 50 min rubldan bir az baha (təxminən 800 dollar) başa gəlib. Tramvayda gediş haqqı isə 26 rubldur (təxminən 40 sent).

Kalugin gün ərzində bütün sərnişinləri pulsuz aparıb. İvan məqsədinin yaxşılıq etmək olduğunu söyləyib.

2017-ci ildə Omsk vilayətində bir kişini yaşadığı kəndin sakinlərini rayon mərkəzinin dəmiryolu vağzalına qədər pulsuz apardığına görə saxlamışdılar. Marşrut avtobusunun gediş-gəlişinə problem yaranandan sonra həmin adam qonşularının əziyyət çəkdiyini görüb, yaxşılıq etmək qərarı vermişdi. O, hətta talonlar da düzəltmişdi. Bu talonlarla təkcə dəmiryolu vağzalına yox, xəstəxanaya qədər də getmək olurdu. Axırda taksi sürücüləri yerli icra strukturuna şikayət etməklə yaxşılığın qarşısını almışdılar.

Son xəbərlər
Bütün xəbərlər »