Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Bu barədə Oxu.Az-a BŞİH-dən məlumat verilib. Xəbərdə bildirilir ki, BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.

BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bununla bağlı təşkilatçılara məlumat verilib.

Qeyd edək ki, Qarabağ Komitəsi fevralın 16-da “Qarabağa azadlıq” şüarı ilə keçirmək istədiyi mitinqə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı.

Son xəbərlər
Bütün xəbərlər »