Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diş həkimi pasiyentləri keyləşdirib qarət edirmiş

Nyu Yorkda stomatoloqun köməkçisini müştəriləri soyduğuna görə həbs ediblər. O, diş həkiminə gələnləri keyləşdirərək, soyurmuş.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı qadın stomatoloqun yanında işə yanvarda düzəlibmiş. Amma artıq iki dəfə oğurluq etməyə imkan tapıb. Metod beləymiş: diş həkiminin təlimatına uyğun onların damağına iynə vurmaq. Lakin dozanı bir az çox etmək ki, rahat soymaq mümkün olsun. Əlbəttə, stomatoloqun bütün bunlardan xəbəri olmurdu. O, prosesə hazırlaşdığı vaxtda köməkçisi pasiyentləri soyurdu. Müştəri özündə olsa da, zinət əşyalarının necə götürülməsindən xəbər tutmurdu.

Oğurluq üzə çıxanda qadın boynuna almayıb. Amma yerli lombardda hər şey məlum  olub. Köməkçini həbs ediblər. Hələ məhkəmə başlamayıb. Buna baxmayaraq, qadın artıq stomatoloqun yanında işini itirib.

Son xəbərlər
Bütün xəbərlər »