Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulu tanrının adı ilə!
Yaxşılıqa Yamanlıq

Nağıl deyən : Azərbaycan folkolorun dan bir nişanə .

Azərbaycan nağıllari , insani dərin düşünciyə aparır və düz yollari olara göstərir .

İnsan gərək , suya , haviya , ağaca , torpaqa və bütün təbiətə , hörmət eyliyə və pislıq qabağında , yaxşılıq edə , bu nağılın Adi Yaxşılıqa , yamanlıq dır .

Biri varmış , biri yoxumuş , Allahdan sonra , bir kişi , yer üzündə yaşarmış , bir gün bu kişi , gözəl Azərbaycan təbiətinin bağ bağat tərəfində gedirmiş , birdən bir boğunuq səs , uzaqdan qulağına yetişər , kişi , səsə sari gedər , eşidərki birisi deyirki , ay boğuldum , məni burdan çıxardın , ay mən öldüm , kişi səsə yaxınlaşar , görərki səs , bir dana , ağzi bağli , küzənin içindən gəlir , kişinin yazığlıqi gəlib , küzənin qapağıni açar , birdən görər ki , küzənin içindən , bir yekə ilan çixdi və yerə düşərkən , dedi .

İlan : Harandan istiyir sən , orandan sancım .

Nağıl deyən : Kişi , uyuxar və deyər .

Kişi : Ay ilan qardaş , axi səni mən küzənin içində boğulmaqdan qurtardım , axi niyə axi niyə ? istiyir sən məni çalasan .

İlan : Məgər bu Sözi eşitmiyib sən ki , diyərlər , yaxşılıqın qabaği , yamanlıqdi .

Kişi : Bu sözü ilk dəfədir səndən eşidirəm , mən böylə bülürəm ki , yaxşılıqın qabaği , yxşılıqdi , nə ki yaxşılıqın qabaği yamanlıq .

İlan : Sən eyləmi , bu dünyada , yaşamamusan , hələ indiyəcən bunu bülmiybsən , düzi mən deyəndi . Mən heç kimdən soruşmaram ki , harandan istiyirsən , orandan sancım , məni küzənin içindən çıxatdğınagörə , səndən soruşuram ki , harandan istiyirsən , orandan sancım , indi tez ol deginən , harandan çalım .

Kişi : Axi böylə , iş olmaz ki .

İlan : Olar lapda gözəl olar , yoxsa inanmırsan mənim sözümü , gedaq bir neçə yerdən də , soruşaq , elə birincisi , bizim ağırlıqımza , dözən , bu torpaqdan soruşaq .

Kişi : Gedaq soruşaq da .

İlan : Hələ , bir yerə getmaq , lazim deyil , indi elə üstündə , durduğumuz torpaqdan , soruşmaq lazimdir .

Kişi : Soruş göraq nə diyəcək .

İlan : Ay gözəl torpaq ki , mənim yuvam , sənin içindədir , bir bizə , söyliyə bülər sən ki , yaxşılıqın önündə , bu dünyada nə işlər görərlər .

Torpaq : Bu ki çox aydın di , söz süz ki yaxşılıqın qarşısında , pislıq edir lər .

Kişi : Bax bunun üzünə , heç bir zat bülmür , ama dır dır danışır .

Torpaq : Ay kişi , sən ! harda yaşamısan ! Mənim başıma , gətirilən işləri , görmiyib sən ? Eləmi sən , heç bir şeydən xəbərin yoxdur , ya ki düşüncədən , dalısan , belənçi işlərə , fikir verən insanlardan deyil sən , ona görə , qulaq ver gör , mən nə deyirəm , Bax , torpaqlar , əlac üçün , xəstə və mərizlərə , güclü dərman bitgiləri , suyun və günəşin dosluğilə , yetişdirib və cür bə cür ağaclar becərdib və ağaclar , çirkli və kirli havanı , təmizliyib və sizləri , xəstə olmaqdan , qoruyub və dadli mivələri , sizlərə yetişdirər lər , ama sizlərdə ! Əvəzində , mən torpaqın üzərin , çirkləndirib və zəhərli şeyləri suya qatıb , məni işdən salarsız və çoxlu zir zibillə məni bulandırıb , sonrada , heç bir şey olmamış kimi , çıxıb gedir siz , Bax görum ? Sən bu işizin adına , nə qoyursan ? Mən buna yaxşılıqa yamanlıq deyərəm , düzdür , ya yox ?

İlan : eşitdin ! Anniyənə , bir kəlmə söz kifayətdir , gördün ki torpaqda , mən deyəni deyir , ona görə tez ol deki , harandan sancım .

Kişi : Ay ilan , özünü bir balaca saxlaşdır görüm , bir neçə yerdən də , soruşaq , ondan sonra .

Nağıl deyən : ilan deyər , olsun , ikisi birlikdə , yola düşərlər , bir az getmişdilər , bir ağaca yetişər lər .

İlan : Salam , ay ağac qardaş , bir bizə söyliyə bülərsən ki , yaxşılıqın qabağında , indiyəcən , nə işlər olub ? Han ?

Ağac : Bu ki aydındı , bunu soruşmaq , lazim deyil .

Kişi : Niyə ? Mənə çox lazimdir .

Ağac : Yaxşılıqın qabaği , əlbətdə ki pislıq di .

Kişi : bu nə sözdi ? Danışırsan .

Ağac : kişi ! Sən eyləmi , bu dünyaya , taza gəlmisən , bunu, hami bülür ki , yaxşılıqın qabaği , pislıqdi , qulaq ver , səni

başa salım . Bax , insanlar , yoldan yetişib gəlib , kölgəmin altında , sərinliyib və dincələr lər , sunrada çıxıb üstümə , mivələrimi , yeyərlər , tüşüb gedəndə də , bir neçə , budağımi , sındırıb , özlərilə , apararlar , indi deginən sən bu işin adın nə qoyursan ? Görur sən ki , yaxşılıqın qarşısında , pislıq edirlər .

İlan : Han gördün , tez ol , harandan deyirsən , orandan çalım .

Kişi : Ay ilan , özündən çıxma görüm , qoy bir neçə yerdən də , soruşaq ondan sonra .

Nağıl deyən : ilan deyər ki , olsun , gedaq , ağacdan sağollaşıb , yola düşərlər , bir az getmişdilər , bir bulağa , yetişər lər , ilan Salam verib sudan , soruşar .

İlan : Ay su qardaş , bir bizə söyliyə bülərsən ki , yaxşılıqın qabağında , bu dünyada nə işlər olar ?

Su : Bu ki çox aydın di .

Kişi : Mənə ki aydın deyil .

Su : Sözsüz ki, yaxşılıqın qabaği pislıqdi .

Kişi : bu nə sözdi ? Eyləmi , dəlidür dəli .

Su : Ay kişi , çox yaşiyan çox bülməz , çox dolanan çox bülər .

Kişi : Ele sənin , ağzıva , nə gəlir danışırsan , belənçi iş əsla olmaz .

Su : Niyə ? Olar lapda gözəl olar , əzəldən belədir, yoxsa inanmırsan ? Dayan sənə söyləyim , Bax , adamlar yoldan gəlib , əl üzlərin , məndə yuyub , sərinliyərlər , sonrada məni içib , susuzluqdan , qurtararlar , durub gedəndədə , üzümə , bir sal bir yekə tüpürcək , salıb , gedərlər .

İlan : gördün ki , yaxşılıqın qarşısi yamanlıqdi , yubanma tez ol deginən , harandan sancım .

Kişi : Qoy , bir yerdən də, soruşaq , əgər oda , sən deyəni desə , onda , haramdan sevsən sancarsan .

İlan : bu son sorqudur ha , ondan sonra, sancacağam ha.

Nağıl deyən : İlan ilə kişi , yenə birlikdə , yola düşərlər, bir az getmişdilər , bir tülkü yə tuş gələrlər .

Kişi : Ay tülkü qardaş , sən allah getmə bir dayan görüm , səndən bir söz soruşacağam .

Nağıl deyən : Tülkü dayanar .

Tülkü : buyur görüm, nə deyirsən .

Kişi : Salam , Ay tülkü qardaş , səndən bir söz soruşacağam , sən allah düzünü deyəsən ha . Ay tülkü qardaş , bu dünyada , yaxşılıqın qarşısında nə işlər görərlər , neyniyər lər Han ?

Nağıl deyən : Tülkü , sözü başa düşər , ama özün vırar , ayri yola və soruşar ki , olay nədir , kişi də açar bütün olaylari , tülkü yə danışar .

Tülkü : Sənin , bu sözlərin , çox gülməlidir , bu sözlərə bir zərrə də inanmıram , axi ilan , küzənin içində , nə işi varidi ?

İlan : Məni , bir adam tutub , saldi küzənin içinə .

Kişi : ilan düz deyir , onu küzənin içindən, mən çıxartdım .

Tülkü : mən ikizində sözüzə , inanmıram .

Nağıl deyən : ilan ilə kişi , tülkünu , inandırmaq üçün , deyərlər .

Kişi lə ilan birlikdə : inanmırsan ? Gedaq küzəni sənə , göstəraq .

Tülkü : Olar , onda gedaq küzəni , mənə göstərin .

Nağıl deyən : Hər üçü də , küzə olan yerə sari , yola düşərlər , çoxlu yol , getmişdilər küzə olan yerə , yetişər lər .

Kişi lə ilan birlikdə : Budur , O dedığımız küzə .

Nağıl deyən : Tülkü , küzəni görəndən sonra , ucadan gülüb və deyər .

Tülkü : Gördüz ki , sizin işləriz gülməlidir .

İlan ilə kişi : İnanmırsan ? Onda deyirsən , andiçaq .

Tülkü : Aydın , görüşən işlərə , and içməzlər , axi sən , bu yekəlıqda ilan , nə cür ? Bu balaca küzənin içinə , yerləşmişdin ? Han ?

İlan : And ola , atamın uzundilinə , mən bu küzənin , içindeydim . Yoxsa inanmırsan ? Onda deyirsən , girim küzənin içinə , Bax bəlkə onda inandın .

Tülkü : Olsun , gir baxım görum , bəlkə düz deyirsən .

Nağıl deyən : İlan , gircək , küzənin içinə , tülkü quyruği lə vırar , küzənin qapaği bağlanar .

O tərəfdə , qışa hazir olmaq üçün , adamlar odun pincinə , odun yarırdılar , odun yaranlar , qızışmaq və çay qoymaq üçün , yerdə od qalamışdılar .

Tülkü : Kişi , tez ol at küzəni , odun içinə .

Kişi : Yox , yaxşi deyil , küzəni odun içinə atam , axi yazıqdı .

Nağıl deyən : Yolun , sol tərəfində , dağdan bir gözəl şəlalə , şaqqıldiyib , suyu dağdan aşağı , gölə tökülürdi və ordan da göl daşıb , üz aşaği yə , çay kimi axıb gedirdi .

Kişi : Yaxşısı , budur ki , küzəni suyun içinə atam .

Tülkü : Hara atırsan at , tez ol , mən belə sində də , çox yubanmışam .

Nağıl deyən : Kişi küzəni, axar suyun, içinə atıb və ürəgi , rahat olar və ilanın əlindən yaxasi , qurtarar .

Tülkü : mən day qaçım , çox yubandım .

Nağıl deyən : Hər zaman daki kimi , tülkünün , dərisinə və quyruğuna görə , tülkü ləri , tutarlar , o anda , tülkü tutanların , itlərinin , yaxından səsi gələr .

Tülkü : Mən qaçdım , odunların dalısında gizlənəm , mənim yerimi , demiyə sən ha !

Nağıl deyən : Tülkü qaçar , odunların dalısında , gizlənər və odunların , arasından , tülkü tutanlara , baxar , tülkü tutanlar , o kişiyə yaxınlaşıb , soruşarlar .

Tülkü tutanlar : Ay kişi , bu tərəfdə , tülkü, görmiyib sən Han ?

Nağıl deyən : Kişi, üzün tutar , başqa yerə , ama , baş barmağı lə , tülkü olan yeri , göstərər və ucadan deyər .

Kişi : Mən , bu tərəfdə , tülkü mülkü görməmişəm .

Nağıl deyən : Tülkü tutanlar, biri bu yandan , birisi o yandan , tülkünü , dörəliyib , tülkünün , quyruğundan yapışıb , eşigə çəkib tutar lar , elə ki , tülkü tutanlar , tükünu , o kişinin qabağin dan , aparanda , tülkü , bir sal bir yekə tüpürcək atar , o kişinin üzünə və ucadan deyər .

Tülkü : Gördün !! Yaxşılıqın qabaği pislıqdi , məndə həya yoxdur , atam mənə çox demişdi , hər yetənə yaxşılıq etmə , atam mənə hey diyər di hər gələnə , yaxşılıq etmə , söyliyər di , bülənlərə anniyənə yaxşılıq eylə , ama məndə həya yoxdur , yenə baxmadım sözünə , onun baxmadım sözünə , bu halə qaldım , giriftar oldum vallah men də həya yoxdur , atam mənə hey diyər di , söyliyərdi , Anniyənə , bülənlərə yaxşılıq eylə , bülənlərə anniyənə , bülənlərə anniyənə

Nağıl deyən : Əziz və hörmətli uşaqlar , tülkü elə , diyə diyə bülənlərə anniyənə , tülkünü , ordan götürüb apardılar , beləliklə burada , əziz və hörmətli uşaqlar , nağılı mız sona çatdi .

Göydən üç alma düşdü , biri mənim biri sizin biridə nağıl deyə nin , siz əzizlərimi bir ayri gündə , bir başqa , gözəl nağıl , görüşünə qədər , Ulu Tanri yə Əmanət tapışırdım .

Sağ olun Uşaqlar Sağlıqla Qalın .

Təbriz, Cənubi Azərbaycan -İran

Yazar : Qulam Hüseyn Omrani

Son xəbərlər
Bütün xəbərlər »