Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həşəratlar 100 il sonra yoxa çıxacaq

Həşəratların sayı hər il azalırmış. “Biological Conservation” jurnalındakı məqalədə belə yazılıb. Həşəratlar aləmini müşahidə edən tədqiqatçılar bu qənaətə gəliblər.

Bizimyol.info xəbər verir ki, hər il həşəratların sayı 2,5 faiz azalır. Onların üçdə biri məhv olmaq təhlükəsi ilə üz-üzədir. Ümumilikdə 40 faizinin yaxın onillikdə kökünün kəsiləcəyi gözlənilir.

Tədqiqatçılar həyəcan təbili çalır. Tədqiqat materiallardan birinin müəllifi Fransisko Sançes-Bayo “The Guardian” qəzetinə deyib: “On il sonra həşəratların dörddə biri yoxa çıxacaq. Əlli il sonra onların yalnız yarısı qalacaq. Yüz il sonra Yer üzündə həşərat görməyəcəyik”. Tədqiqatçı deyir ki, bu, planetin ekosistemi üçün çox təhlükəli tendensiyadır. Onun sözlərinə görə, bizi faciə gözləyir. İnsan yaşamı üçün həşəratlar çox vacibdir.

Dünya sürətlə inkişaf edir, bu da həşəratlara təsirsiz ötüşmür. Aqromədəniyyət dəyişib. İndi aqrar sənayedə həşəratlara qarşı mübarizə daha amansız gedir. Bu sektorda pestisid kimi kimyəvi vasitələrdən çox istifadə olunur. Bu isə həşəratların kütləvi məhvi deməkdir.

Bundan başqa, iqlim dəyişikliyi amili, urbanizasiya da həşəratların əleyhinə işləyir. Belə görünür ki, onları xilas etmək mümkün olmayacaq. Çünki dünyada texnologiyanın inkişafı, əhali sayının kəskin artması həşəratlara yaxşı heç nə vəd etmir.

Son xəbərlər
Bütün xəbərlər »