Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəmmalı "Brenner": İdxalı qadağandır, həkimlər istifadə edir? - Video

Xəbər verdiyimiz kimi "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov ictimaiyyətə müraciət edərək "Brenner" markalı göz linzasının şrtixkodlarının saxtalaşdırıldığını, Almaniya istehsalı olduğu göstərildiyi halda ştrixkodların Afrikaya məxsus olduğunu qeyd etmişdi. Qeyd olunan məsələ isə çox aktual olduğundan bir çox insanların diqqətini çəkmişdi.

Bizimyol.info sözügedən məsələ ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı birlik sədri Eyyub Hüseynov yeni məqamlara aydınlıq gətirərək iddia edib ki, Səhiyyə Nazirliyinin əməkdaşlarından biri həmin məhsulun Azərbaycana idxal edilməsinin qadağan olunduğunu bildirib. Bu səbəbdən də Eyyub Hüseynov "Brenner" markalı göz linzasının ölkəyə qaçaq yolla keçirildiyini ehtimal etdiyini əlavə edib və əlavə edib ki, bununla bağlı o Dövlət Gömrük Komitəsinin rəisinə, Səhiyyə nazirinə şəxsən müraciətlər ünvanlayıb və məsələnin araşdırılmasını xahiş edib.

Məsələ ilə bağlı əməkdaşımız Rövşən Əsədov Azərbaycan Ştrixkod İstifadəçiləri Cəmiyyətinə üz tutub. Cəmiyyətin əməkdaşı olan Fərid Abbasov  sözügedən "Brenner" adlı məhsulun ştrixkodunu oxuyaraq məhsulun Almaniya istehsalı olmadığını, ştrixkodların isə saxta yolla məhsulun qablaşdırılmasının üzərinə vudulduğunu bildirib. Eyni zamanda cəmiyyətin digər üzvü Gülanə Rəsulova məhsul üzərində olan ştrixkodları təmsil etdiyi qurumun saytına daxil edərək o adda heç bir hüquqi və fiziki şəxsin olmadığını əyani şəkildə göstərib.

Bizimyol.info -ya danışan "MedEra" hospitalının Oftalmologiya şöbəsinin müdiri Dr. Fariz Sadıqov isə bildirib ki, belə hallar adətən Hindistan istehsalı olan məhsullarda rast gəlinir. Həmçinin o əlavə edib ki, istehsalçı ölkənin hara olmasından asılı olmayaraq bugünə qədər keyfiyyətsiz linzalara rast gəlməyib. Fariz Sadıqov xüsusilə qeyd edib ki, linzalardan korolma halı mümkün deyil və korolma yalnız əməliyyatın uğursuz olması nəticəsində yarana bilər.

"Favorit" optika mütəxəssisi Turanə Muxtarova deyir ki, "Brenner" adlı məhsul, eləcə də digər bu qəbildən olan məhsullar sıravi insanlara satılmır, həmçinin həkim resepti vasitəsilə belə adi şəxslərə satılmır. Bu vasitələr yalnız həkimlər vasitəsi ilə alınır və cərrahiyə yolu ilə xəstələrin gözlərinə yerləşdirilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov həmçinin Bizimyol.info-ya açıqlamasında bildirib ki, o bu məsələni ictimailəşdirdikdən sonra isə birliyin saytının sual-cavab bölməsində ona Əsəd Kərimov adlı şəxs irad bildirərək onu təhdid edib.

Əməkdaşımız Rövşən Əsədov isə həmin şəxsin əlaqə nörməsinə zəng edərkən o da təhdidlərlə üz-üzə qalıb. Əsəd Kərimov adlı şəxs əməkdaşımızı Azad İstehlakçılar Birliyindən pul almaqda və yalan-saxta məlumatlar yazmaqda ittiham edib:

"Sizin nömrədən mənə bir daha zəng daxil olsa sizi və sizin qeyri-qanuni hərəkətlərinizi məhkəməyə verəcəm. Siz görün nə işlərlə məşğulsunuz, ordan nə qədər pul almısınız? Utanmırsan bir də götürüb mənə zəng edirsən? Yalan məlumatlar yaymayın, gedin işinizlə məşğul olun".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyiinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovla əlaqə saxlamaq istəyib məsələni aydınlaşdırmağa çalışsaq da zəngimizə cavab verilməyib.

Qeyd edək ki, məsələ ilə bağlı bütün tərəflərin fikirlərini dərc etməyə hazırıq.

Daha ətraflı hazırladığımız videoreportajdan məlumat əldə edə bilərsiniz:

Rövşən Əsədov

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »