Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisdə bələdiyyələr tənqid edildi
Siyavuş Novruzov: ““Bələdiyyə” deyəndə ağla gəlir ki, torpağı necə həll etsin”

“Elə bələdiyyələr var ki, milyonlarla subsidiya verilib. Həmin vəsaitlə elektron kitabxana yarada, kompüter mərkəzi aça bilərdi ki, müəyyən qədər gəlir gəlsin. Yəni maliyyə kiçik olsa da, daimi bir şey olsun. Hamısı düşünür ki, bəzi məsələləri həll etsin, növbəti dəfə bəlkə seçilmədi, həmin sədrə nəsə qalmasın”.

Bizimyol.info xəbər verir ki, bunu Milli Məclisdə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, bələdiyyə kifayət qədər təkmilləşmiş strukturdur. “Onlar özlərinin təminatı ilə bağlı lazımi addımlar atmalıdırlar. “Bələdiyyə” deyən kimi ilk olaraq ağla gəlir ki, torpağı necə həll etsin, kimə və hansı formada versin”.

S.Novruzov qeyd edib ki, bələdiyyələrin kitabxanaları, klubları, məktəbləri, bağçaları, iaşə obyektləri yoxdur: “Hansi birini göstərmək olar? Heç birində yoxdur. Milli Məclis bələdiyyələrə kifayət qədər səlahiyyət verib. Başa düşürəm ki, müəyyən strukturlar onlara maneə yaradırlar. Bələdiyyələr yaxşı iş qura bilsə, onlara mane olmazlar, əksinə, dəstək verərlər. Qəbiristanlıqların idarə edilməsi səlahiyyəti bələdiyyələrə verilib. Orada elə bir şərait yaratmaq olar ki, insanlar öz xoşları ilə o prosedurları bələdiyyələrə həvalə edərlər. Amma bununla bağlı hər hansı iş görülmür”.

Deputat Əli Məsimli qeyd edib ki, bələdiyyələr 20 ildir yaransalar da, görürük ki, onlar ayaqüstə dayana bilmirlər:

“Bələdiyyələr torpaq mövzusundan yerli problemlərin həllinə yönələ bilsələr, yaxşı olar. Ancaq bu sərbəstliyi onlara vermək lazımdır. Azərbaycanda 1700 bələdiyyə var. Bu say belə Azərbaycan üçün çoxdur”.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »