Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanadada hələ də qullar varmış, 43-ü azad edildi...

XXI əsrdə belə xəbərlər eşitmək qəribədir. Kanada polisi 43 qulun azadlığına nail olub.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə Ontario vilayətində baş verib. Kanada polisi ayrı-ayrı şəhərlərdə meksikalıların əməyindən qul kimi istifadə edildiyindən xəbər tutub. Əməlliyat zamanı xidmətçi kimi işləyən, amma çox pis şəraitdə saxlanılan 43 nəfər sahibkarların əlindən alınıb. Onlar elementar hüquqlarını da tələb edə bilmirmiş.

Kanadaya dünyanın hər yerindən axın var. Meksikalılar bu ölkəyə böyük ümidlərlə gəlmişdilər. Hətta bunun üçün vasitəçilərə çoxlu pul ödəmişdilər. Amma onları qul həyatı gözləyirdi. Qazancın böyük hissəsini sahibkara vermək lazım gəlirdi.

Əməliyyatlarda 250 polis iştirak edib. Onlar Barri və Vasaqa-Biç şəhərlərində meksikalıların azadlığına nail olublar. Hökumət kanadalılardan əcnəbilərin əməyindən qul kimi istifadəsi haqda polisə məlumat verməyi xahiş edir.

Son xəbərlər
Bütün xəbərlər »