Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lotereyada 12 milyon dollar uddu, hamısını xərcləyib "qara fəhlə" oldu

Böyük Britaniyada vətəndaş lotereyada milyonçu olub, amma pulu xərcləməyi bacarmayıb. Daha doğrusu, pulun hamısını xərcləyib.

Bizimyol.info “The Sun” qəzetinə istinadən xəbər verir ki, Maykl Kerroll hələ 2002-ci ildə lotereyada 9,7 milyon funt sterlinq (təxminən 12,4 milyon dollar) qazanıb. Onda 19 yaşı olan bəxtəvər sevincdən ağlını itirib. Maykl gündə 10 min dollar xərcləməsi ilə öyünürmüş. 2012-ci ildə artıq həmin milyonlardan heç nə qalmayıb. İş orasındadır ki, Kerroll daşınmaz əmlaka 1 funt sterlinq belə yatırım etməyib, uduşun hamısını əyləncəyə xərcləyib. Maykl indi acınacaqlı durumdadır: “Nə evim var, nə də maşınım. On ilə bütün pulu dağıtdım. Amma çox peşman deyiləm. Asan qazanılmışdı, asan da getdi”.

Keçmiş milyonçu indi Şotlandiyada yaşayır və gündə 12 saat işləyir: “50 kiloqramlıq kömür kisələri daşıyıram”.

Maykl hər gün səhər saat 6-da işə başlayır. Gün ərzində 150 kisə kömür daşımağa qüvvəsi çatır. “Hərdən bir neçə funt çaypulu verirlər. Əlbəttə, gülməlidir” - Kerroll belə deyir.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »