Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyavuş Novruzov: "Guya görülən işlər bunların mitinq keçirməsi ilə bağlıdır”
“Azərbaycan əlayehinə işləyən qüvvələr, əhalini aldatmağa çalışaraq bu məsələləri öz adlarına çıxmaq istəyirlər. Guya görülən işlər bunların mitinq keçirməsi ilə bağlıdır”.

Bizimyol.info xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, preizdent Azərbaycan prezidentinin şəhid ailələrinə ayırdığı birdəfəlik yardımla bağlı məsələdə və maaşların artırılmasında da bu tendensiya müşahidə edilib.

“Şəhidlərə kompensasiya verilməsi məsələsi Azərbaycan Prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı və sonda mühüm addımlar atıldı. Bu məsələni öz adlarına çıxmaq istəyirlər. Halbuki ölkə başçısı çoxdan bu məsələ ilə bağlı tapşırıq vermişdi. Minimum əmək haqqı ilə bağlı da uzun müddət idi ki, proseslər gedirdi. Bütün ölkələrin təcrübəsini öyrəndikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Bir qrup xaricdə oturan, bu gün böhtan kampaniyası aparanlar bu addımları öz adlarına çıxıb, əhalini çaşdırmağa çalışırlar. İddia edirlər ki, guya mitinqdəm sonra bəzi addımlar atılıb. Bu tamamilə yalandır”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »