Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat dollar kreditləri ilə bağlı prezidentə müraciət etdi

“Hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var”.

Bizimyol.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib. O, ölkə başçısı tərəfindən aparılan islahatları müsbət qiymətləndiridiyini deyib və vurğulayıb ki, hazırda arahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır. “İnsanların bu sahədə çox ciddi problemləri olduğu üçün Prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın”.

Vahid Əhmədov

Deputat vurğulayıb ki, dollar krediti ilə bağlı Əli Məsimli ilə birlikdə təkliflər hazırlayıb: “Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »