Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Oğluma bir söz deyən kimi 102-yə zəng vurur” - Röya

Əməkdar artist Röya Ayxanın Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan müğənni Afət Fərmanqızına dəstək olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksər istifadəçilər bu dəstəyə görə Röyanı tənqid ediblər.

Əməkdar artist “Qafqazinfo”ya mövzu barədə danışaraq məsələyə aydınlıq gətirib. Röya fikrinin yanlış anlaşıldığını, sözügedən müğənninin bir müddət sonra unudulacağını qeyd edib:

“Mən sadəcə olaraq dedim ki, o insanın xətrinə dəyməyin. Biz nəyin yaxşı, nəyin isə pis olduğunu bilirik. Söz deməklə xanımın könlünü qırırsız. Onsuz da bu gün əsəblə bağlı çox xəstə insanlarıq. Mən Röya olaraq hamıya başa saldım ki, bir-birinizi əzməyin. Bir türkiyəli müğənnini bura gətirirlər, ağzına gələni oxuyur. Mənim üçün bizimkilər əzizdir. O da bu yolu seçib. İki-üç gündən sonra yaddan çıxıb gedəcək. Şişirdib dağ başına çıxarmaq lazım deyil. Xanımın müsahibəsini gördüm, onun üstünə çox düşüblər. Mənə mənfi reaksiya verənlər isə heç vecimə deyil. Onsuz da hamı hər şeyi tərsinə başa düşür”.

Bundan əlavə, Röya canlı yayımda A.Fərmanqızına “Gelandewagen” hədiyyə verilməsinin qurama olduğunu bildirib: “Hələ maşın söhbətini necə şişirtdilər... Özü-özünə alıb, reklam lazımdır. Bu, birinizin ağlına gəlməyib? Hələ yazıb camaatı təhqir edirlər. Özü-özünə alıb, anti-reklamın özü reklamdır. Dəyməyin heç kimin xətrinə”.

Həmçinin, sənətçi bildirib ki, şənbə günü “Zaurla Günaydın” proqramında qonaq olarkən başına maraqlı hadisə gəlib: “Uşaqlar proqramda dalaşdılar, vuruşdular. Sazla çox oynadılar, prodüser axırda əllərindən aldı. Hətta uşaqlar 102-yə də zəng vurdular. Oğluma bir söz deyən kimi 102-yə zəng vurur”.

Müğənni son zamanlar ard- arda mahnılar təqdim etməsinin səbəbini də açıqlayıb: “Mahnılarımı ard-arda təqdim etməmişəm, əvvəl instaqramda paylaşmışdım. İnsanlar tez-tez mahnı çıxardığımı düşünə bilərlər. Sadəcə olaraq onlar 2016-2017-ci ilin mahnılarıdır, 2019-a çatmaq lazımdır. Buna görə də, təqdim etdim. Mahnının, ritmin dəbi var. Bir mahnının arajımanına nə qədər pul tökürəm. Gecikmə olur, gələn il başqa ritm dəbdə olur. Ona görə də, tez-tez mahnıları paylaşdım ki, bir də onları aranjıman etdirməyim”.

Son xəbərlər
Bütün xəbərlər »