Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yuventus"un yeni futbolçusu meydanda hər dəqiqəyə 5700 dollar alacaq

İtaliyanın "Yuventus" (Turin) klubu Londonun "Arsenal" klubundan Aaron Remsini transfer edib. 28 yaşlı uelsli futbolçu iyulun 1-də, "topçular"la müqaviləsinin müddəti başa çatanda "qoca sinyora"nın heyətində oynamağa başlayacaq.

Milli.Az The Guardian-a istinadən bildirir ki, futbolçu "Yuventus"da həftədə 514 min dollar və ya ildə 23 milyon dollar pul alacaq. Yəni "Yuventus"un heyətində həftədə orta hesabla 1 matçda meydana çıxacaq Ramsiyə oyunda olduğu hər dəqiqəyə 5711 dollar maaş ödənəcək. Beləliklə, A.Ramsi maaşına görə "Real"a keçəndən sonra "Ən çox pul alan britaniyalı futbolçu" olan Qaret Beyli də maaş sarıdan geridə qoyub.

"Arsenal" Remsini saxlamağa çalışsa da, futbolçunun maaş məbləğinin artımı ilə bağlı şərtini yerinə yetirə bilməyib.

Hücumameylli vinqer İspaniynın paytaxtı Madriddəki özəl klinikalardan birində tibbi müaiynədən keçib və "byankoneri"lərlə yayda qüvvəyə minəcək 5 illik müqavilə imzalayıb.

"Yəqin eşidibsiniz ki, Turinin "Yuventus" klubu ilə ilkin müqavilə imzalamışam. Məni həmişə sədaqətlə dəstəkləmiş bütün "Arsenal" azarkeşlərinə müraciət etmək istəyirəm. Hələ gənc futbolçu olanda məni alqışladınız, klubdakı karyeramın ən sevincli və qəmli anlarında yanımda olduğunuz. Möhtəşəm 11 ili keçirdiyim Şimali Londonu kədərlə tərk edirəm. Sağ olun!

Komanda uğrunda 100 faiz çalışmağa davam edəcəyəm və Turində həyatımın yeni mərhələsinə başlamazdan əvvəl mövsümü yüksək səviyyədə başa vuracağıma ümid edirəm", - A.Remsi İnstagram profilində yazıb.

2008-ci ildən bəri "Arsenal"ın heyətində oynayan 28 yaşlı futbolçu bu mövsümdə İngiltərə premyer-liqasında 22 matça qatılıb, 2 qol vurub, 6 məhsuldar ötürmə edib. Avropa Liqasında isə o, 3 matç keçirib, 1 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »