Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Rusiya ilə anlaşdı

Rusiya və Türkiyə müdafiə nazirləri İdlibdəki demilitarizasiya zonasında təhlükəsizlik məsələsi ilə bağlı anlaşma əldə ediblər.

Türkiyə müdafiə naziri Hulusi Akarın rusiyalı həmkarı Sergey Şoyqu ilə Ankarada keçirdiyi görüşdə İdlibdə təhlükəsizliyin təmin edilməsində qətiyyətli addımların atılmasının zəruriliyi xüsusi vurğulanıb.

Tərəflər razılaşıblar ki, Türkiyə və Rusiyanın silahlı qüvvələri, habelə kəşfiyyat strukturları İdlibdə sülh və sabitliyin bərqərar olması üçün əməkdaşlığı davam etdirəcək.

Söhbət əsnasında Münbic və Fırat çayının şərq sahilindəki durumla əlaqədar Türkiyənin milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı niyyətinin anlaşılan olduğu vurğulanıb. Söhbət PKK terrorçuları və İŞİD-dən gələn təhlükədən gedir.

Danışıqlarda Türkiyə Milli Kəşfiyyat qurumunun rəhbəri Hakan Fidan da iştirak edib. (Oxu.az)

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
››› FHN Abşeronda ev əşyalarını balkondan atan qadınla bağlı məlumat yayıb
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
Son xəbərlər
Bütün xəbərlər »