Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliya sahillərində köpək balığı sualtı balıq ovu edən şəxsə hücum edib - Foto

Avstraliyanın Qrut-Aylend adası sahillərində böyük köpək balığı 25 yaşlı balıq ovçusuna hücum edib.

Zərərçəkən Darvindəki Kral xəstəxanasına çatdırılıb.

Köpək balığı həmin şəxsə o, sualtı balıq ovu ilə məşğul olarkən hücum edib. Yaxınlıqdakı dostları ona sudan çıxmaqda kömək edərək xilasediciləri yardıma çağırıblar.

Bundan sonra o, helikopterlə xəstəxanaya aparılıb. Həmin şəxsin həyatı təhlükədə olmasa da, həkimlər onun uzun müddət müalicə alacağını bildiriblər.

Hadisədən sonra Şimal ərazisi xilasetmə xidməti Qrut-Aylend adası sahillərindəki bütün çimərlikləri bağlayıb. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »