Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hamilə qadını kürəyindən güllələdilər, amma uşağını dünyaya gətirə bildi

Cənubi Afrika Respublikasında güllə yarası alan hamilə qadın sağ qalıb. Onun sağ qalması möcüzə deyil. Möcüzə onun kürəyində güllə dünyaya uşaq gətirməsidir.

Bizimyol.info xəbər verir ki, hadisə Middelburq şəhərində baş verib. 38 yaşlı Kristo Malder həyat yoldaşı Renske Erasmus və üç qızı ilə birlikdə maşında gedərkən onlara soyğunçular hücum edib. Ər və arvad yaralanıb, onları təcili tibbi yardım maşınında xəstəxanaya çatdırıblar. Yaralıların vəziyyəti sabitləşəndə Kristonun sancıları başlayıb. Həkimlər onun kürəyindəki gülləni çıxarmağa imkan tapmayıblar. Bu halda qeysəriyyə əməliyyatına başlayıblar. Doğuş uğurla keçib. Kristonun 3,6 kq çəkisində dördüncü övladı dünyaya gəlib.

Ər və arvadın həkimi Deon van der Merve deyib ki, onlar əzmkarlıq nümayiş etdirməsəydi, nəinki dördüncü uşaq dünyaya gəlməzdi, hətta güllə yarasından ölə bilərdilər. Renske artıq sağalıb və qızlarının yanına yollanıb.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Milli Məclisdə “kədərli” anlar…
Son xəbərlər
Bütün xəbərlər »