Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qətl törətdiyinə görə həbs edilməsini istədi, polis həbs etməkdən boyun qaçırdı

ABŞ-da ölümdə və silahlı soyğunçuluqda ittiham olunan adam polisə könüllü təslim olmaq istəyib. Məsələnin kuryoz tərəfi odur ki, onu həbs etməkdən boyun qaçırıblar.

Bizimyol.info xəbər verir ki, Nyu Orlean şəhərinin sakini Frenk Sems hələ keçən ilib sentyabrında Farnell Ceksonla yanacaqdoldurma məntəqəsini soymağa çalışanda bir adamı öldürüblər. Cekson hadisədən bir az sonra polisə təslim olmuşdu. Yanvarın 10-da Farnellə ömürlük həbs cəzası veriblər. Frenk qaçıb gizlənib. Lakin vəkili Kelli Oriansın məsləhətindən sonra o da polisə könüllü təslim olmaq qərarı verib. Vəkil onu inandırmağa çalışıb ki, qaçmağın mənası yoxdur, belədə işi yüngülləşdirmək mümkündür. Sems məhz Oriansla polis şöbəsinə yollanıb. Amma onu həbs etmək istəməyiblər. Üstündə şəxsiyyətini təsdiq edən sənədin olmaması işi bir az da mürəkkəbləşdirib. Cinayətkarla vəkili polis şöbəsini tərk etmək istəməyiblər. Yəni Frenkin həbsini tələb ediblər. Yalnız qəzet səhifəsində Frenkin fotosunu görəndən sonra cinayətkarı həbsxanaya salmağa razılaşıblar.

Semsin məhkəməsi hələ başlamayıb. Onu zaminə götürmək üçün 500 min dollar tələb olunur.

Son xəbərlər
Bütün xəbərlər »