Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çoxuşaqlı analar vergi ödəməyəcək, gənc ailələrə 36 min dollar veriləcək

Macarıstanda çoxuşaqlı anaları vergidən azad etmək qərarına gəliblər. Ölkənin baş naziri Viktor Orban azı dörd uşaq dünyaya gətirən qadınlara belə güzəşt tətbiq edilməsindən danışıb.

Bizimyol.info xəbər verir ki, Orban ölkədə doğuş faizini artırmağı düşündüklərini bildirib. Baş nazir Qərb ölkələrində daha çox miqrasiyaya güvəndiklərini söyləyib, amma Macarıstan başqa yol tutub. Baş nazir “bizə rəqəmlər yox, macar uşaqlar lazımdır” deyib.

Macarıstan hökuməti doğuş faizini artırmaq üçün başqa tədbirlər də görməyi düşünür. Uşaq bağçalarında əlavə yerlər, ailə avtomobilləri üçün subsidiyalar, ümumiyyətlə, maddi yardım nəzərdə tutulur. Məsələn, gənc ailələrə 10 milyon forint (təxminən 36 min dollar) faizsiz pul veriləcək. Ailədə uşaq sayı bəlli vaxtdan sonra üçə çatarsa, həmin pulu geri qaytarmamaq olar.

Macarıstanda əhali dayanmadan azalır. Hər il orta hesabla 32 min nəfər geriləmə olur.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› Prezident şəhid ailələri və müharibə əlilləri ilə bağlı fərman imzalayıb
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »