Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış rejissorun adı keçən dələduzluq işində hökm oxundu
Arif Qazıyevin də adının hallandığı cinayət işində prokuror 7 il 6 ay iş istədi, məhkəmə 8 il həbs verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin məhkəmə prosesi davam etdirilib.

Bizimyol.info xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi kollegiyanın hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Ə. Əbdüləziz tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

İttihamda qeyd edilir ki, o, İ. Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə. Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd "TIR" tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçir.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, zərərçəkmiş İxtiyar Həsənovu onunla Azərbaycanda televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev tanış edib: “Arif Qazıyev atamın ildönümündə xahiş etdi ki, İxtiyar mühəndisdir, ona kömək edim. Ariflə neçə il bir yerdə çörək kəsmişəm. Ona söz vermədim, dedim ki, baxaram. İxtiyar hansısa bir inşaat layihəsində bir iştirakçı olacaqdı".

Dövlət ittihamçısı deyib ki, A.Qazıyev istintaqa verdiyi ifadəsində bu işə görə 10 min manat pul aldığını söyləyib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »