Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus da Avropa ilə vizasız rejimə keçir

Postsovet məkanı ölkələri bir-birinin ardınca Avropa İttifaqı ilə vizasız rejimə keçir. Pribaltika ölkələri lap çoxdan buna nail olub. Son illər Gürcüstan və Ukrayna istəyinə çatıb. İndi növbə Belarusundur.

Bizimyol.info xəbər verir ki, ilin sonuna qədər Belarusun vizasız rejimə keçəcəyi gözlənilir. Bu haqda Avropa İttifaqının Minskdəki nümayəndəsi Andrea Viktorin danışıb: “Biz güzəştli təklif etmişik. Məncə, bu axırıncı addımdır və bizə proseduru başa vurmaq qalır. Qarşımızda yaşıl işıq yanan kimi Avropa tərəfi üzərinə düşəni iki-üç aya yerinə yetirəcək. Belaruslulara nə qədər vaxt lazımdır, dəqiq deyə bilmərəm. Sonra qərar qüvvəyə minəcək”.

Nümayəndəliyin rəhbəri əlavə edib ki, Avropa İttifaqı prosesin tez başa çatmasında maraqlıdır.

Ümumiyyətlə, son bir ildə Belarusda Avropaya yaxınlaşmaq meyli çox hiss olunur. Rusiya ilə münasibətlər də əvvəlki kimi isti deyil. Rusiya prezidenti Vladimir Putin keçən il Belarusa nefti dünya qiymətlərinə uyğun satacaqlarını bildirmişdi. Belə görünür ki, vizasız rejimin formalaşmasına çox qalmayıb.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »