Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Veysəloğlu”nun “OBA” mağazasında süni qiymət artımı - Foto
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsin müştərini aldadıb.

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən “OBA”da alış-veriş edərkən satıcı kibritin qiymətinin qalxdığını bildirib.

O, kibritin 1 ədədinin qiymətinin 0.02 manatdan 0.20 manata (2 qəpikdən 20 qəpiyə) qalxdığını bildirib və müştəriyə kibriti bu qiymətə satıb.

“OBA”marketlər şəbəkəsi'nin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayev bizimyol.info-ya bildirib ki, qeyd olunan məhsulda qiymət artımı olmayıb: “Sadəcə məhsulun qiyməti marketin sisteminə texniki səhvə görə 0.02 manat əvəzinə 0.2 manat işlənib. Əməkdaşlarımız elə həmin gün bu texniki səhvi aradan qaldırıb. Əgər müştərilərimiz hər hansı xoşagəlməz halla qarşılaşarsa dərhal qaynar xəttimizə zəng edərək və ya 0554504050 whatsapp qaynar xəttimizə yazaraq bizi məlumatlandırmalarını xahiş edirik”.

Ramid İbrahimov

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
Son xəbərlər
Bütün xəbərlər »