Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2000 dollarlıq lotereya oğurladı, amma heç nə udmadı - Foto

Lotereyada böyük pullar udmaq heç də asan məsələ deyil. Bəzən heç balaca pullar udmaq da mümkün olmur. Böyük Britaniya vətəndaşının addımı belə deməyə əsas verir.

Bizimyol.info “Daily Record” nəşrinə istinadən xəbər verir ki, Şotlandiyanın Qurok şəhərində yaşayan Endryu Lokrinin bu mənada heç bəxti gətirməyib. Satıcı işlədiyi yerdə 1500 funt sterlinqlik (təxminən 1937 dollar) lotereya oğurlayıb, amma rəqəmləri yoxlayarkən heç nə qazanmadığı məlum olub. Məsələ üzə çıxanda şotland dərhal günahını boynuna alıb. O, böyük borcları olduğundan, belə addım atdığını deyib.

Endrü Lokri / Foto: Greenock Sheriff Court

Mağaza rəhbərliyi Lokrini bağışlamağa tələsməyib. Buna görə də satıcı qanun qarşısında cavab verməli olub. Ona 200 saat ictimai işlərlə məşğul olmaq cəzası verilib. Lokri qarşıdakı 9 ayda öhdəliyini yerinə yetirməlidir. Üstəlik, mağazaya 1500 funt sterlinqi qaytarmaq lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »