Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro ölkə tarixinin ən böyük hərbi təlimlərinə start verdi

Hiss olunur ki, Venesuela prezidenti Nikolas Maduro asanca təslim olmaq fikrində deyil. Dövlət başçısı ölkə tarixinin ən böyük hərbi təliminə start verib.

Bizimyol.info xəbər verir ki, Maduro hərbi təlimlər üçün “Anqosturanın 200 illiyi 2019” adını seçib. Söhbət Anqostura konqressinin XIX əsrdə ölkənin müstəqilliyini elan etməsindən gedir.

Əslində, Venesuela rəsmi olaraq 1830-ci ildən müstəqildir və bu adı daşıyır. Onda Simon Bolivar keçid hökumətinin rəhbəri təyin olunmuşdu.

Təlimlər fevralın 15-ə qədər davam edəcək. Maduro əvvəlcə Miranda ştatındakı bazaya baş çəkib, hərbi texnikaların vəziyyəti ilə maraqlanıb. Prezident çıxışında deyib ki, Venesuelanın peşəkar ordusu var və hərbçiləri ölkə, xalq üçün canından keçməyə hazırdır: “Amma onlar yeganə güc deyil. Əsas güc Venesuelanın vətəndaşlarıdır. Biz sülh ölkəsiyik, heç kimlə düşmənçilik etmirik. Qoy başqaları da bizə düşmən münasibət göstərməsin, hədə-qorxu gəlməsin”.

Nikolas Maduro və Xuan Quaydo

Ekspertlər hesab edir ki, Venesuela tarixinin ən böyük təlimlərinə start verilməsi, Maduronun çıxışı əzələ nümayişidir. Dövlət başçısı göstərmək istəyir ki, rahatca təslim olmaq fikrində deyil. Müxalifət lideri Xuan Quaydonun özünü prezident elan etməsindən xəbəriniz var. Geridə qalan 19 gün ərzində xüsisilə ABŞ, Avropanın bir çox ölkələri Quaydoya böyük dəstək versə də, Maduro geri çəkilmir.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »