Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əslən Rusiyadan olan 8 məşhur Hollivud ulduzu - Fotolar

Dünya kinosunun ulduzları arasında Rusiyadan çox az aktyor var.

Amma təkcə Hollivud ulduzlarını araşdıranda xeyli məşhurun kökünün Rusiya imperiyasına gedib çıxdını görmək olar. Bizimyol.info həmin siyahıdan ən məşhur 8-in əhvalatını sizə təqdim edir:

Silvestr Stallone

© Rocky / Chartoff-Winkler Productions

Stallonenin ana tərəfdən ulu nənəsi Roza Lamlek Odessada doğulub. Onun əcdadları zəngin sayılırdılar. Şəhərin ən böyük magistrallarından birində - Staroportofrankovskoy küçəsində yaşayırdılar. 1884-cü ildə Roza Lamlek Çarlz Labofişə ərə gedir, bu nikahdan iki uşaq dünyaya gətirir. Tezliklə ailə ABŞ-a köçür.

Ceyk Cillenhol

© Prince of Persia: The Sands of Time / Walt Disney Pictures

Cillenholun ana tərəfdən ulu babası Rusiya imperiyasında hərbi xidmət keçməkdən imtina etmişdi. Məhz buna görə ABŞ-a qaçmışdı. O, Nyu Yorkda Aşağı İst-Sayd küçəsinə köçmüş, dərzi işləməyə başlamışdı.

Barbara Streyzand

© Little Fockers / Universal Studios

Barbaranın babası İsaak Streyzand ABŞ-a 1898-ci ildə köçüb. Onda İsaakın 17 yaşı vardı. Streyzand indiki Ukraynada – Ternopol vilayətinin Buçaç şəhərində doğulmuşdu.

Maykl Duqlas

© Wall Street / 20th Century Fox

Hollivudun qızıl erasının ulduzu Kirk Duqlasın Mayklın atası olduğunu yəqin bilirsiniz. Kirk 1916-cı ildə Amsterdamda doğulub. Onun valideynləri uşağın dünyaya gəlməsindən 6 il əvvəl indiki Belarusun Mogilyov vilayətinin Çausı şəhərindən ABŞ-a köçmüşdü.

Natali Portman

© No Strings Attached / Paramount Pictures

Portmanın ata tərəfdən babası və nənəsi – Edelşteynlər ABŞ-a XX əsrin əvvəllərində Tsarstva Polskoqodan gəlmişdi. Onda bu ərazi Rusiya imperiyasına daxil idi. Ana tərəfdən babası və nənəsi isə Moldovanın paytaxtı Kişinyovda doğulub.

Devid Duxovnı

© The X-Files / 20th Century Fox Television

Duxovnının ata babası Moyşe ABŞ-a 1916-cı ildə köçmüşdü. O, Kiyev quberniyasının Berdiçev şəhərində doğulub. Devidin nənəsi də Tsarstvo Polskoqodan idi.

Şon Penn

© Milk / Focus Features

Şonun babası Moris Daniil Pen (əsl soyadı Melenkov) və nənəsi Yelizaveta Melenkova ABŞ-a 1914-cü ildə Litvadan gəlmişdilər.

Skarlett Yohansson

© Beyaz Deriili / wikimedia © PacificCoastNews / East News

Çox yazırdılar ki, Skarlett Vladimir Leninin həyat yoldaşı Nadejda Krupskayanın qohumudur. Amma bu, əfsanədən başqa bir şey deyil. Yəqin ki, vizual oxşarlıq belə şayiəyə şərait yaradıb. Ümumiyyətlə, Skarlettin slavyanlara çox bənzərliyi var. Onu Nataşa Romanova roluna da əbəs yerə çəkməmişdilər. Skarlettin ana nənəsi Doroti Çodoş Nyu Yorkda böyümüşdü. Dorotinin valideynləri – İzador Çodoş və Xana Vaynşteyn uşağın dünyaya gəlişindən az əvvəl Minskdən ABŞ-a köçmüşdü.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
Son xəbərlər
Bütün xəbərlər »