Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Premyer Liqasında növbəti tura yekun vurulub
Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti tura yekun vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 26-cı turunda "Səbail" "Bayıl Arena"da "Zirə"ni qəbul edib.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Zirə"nin heyətində ilk qolu Xulio Sezar Rodrigez 2-ci dəqiqədə vurub. Sadio Tounkara 94-cü dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

Bu qələbədən sonra "Zirə" 7-ci yerə yüksəlib, "Səbail" isə 24 xalla üçüncüdür.

Xatırladaq ki, günün digər matçında "Neftçi" "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib.

Son xəbərlər
Bütün xəbərlər »