Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
4-cü liqa klubundan inanılmaz addım: Ölən futbolçunun transferindən pay tələb edir

Fransa təmsilçisi "Nant"dan Uelsin "Kardiff Siti" klubuna transfer olunduqdan sonra təyyarə qəzasında həlak olan Emiliano Sala ilə bağlı "pay davası" başlayıb.

Fanat.az xəbər verir ki, Manş dənizi üzərində qəzaya uğrayan təyyarədə həyatını itirən argentinalı futbolçunun transferindən İspaniyanın "Plagets de Kalviya" klubu pay tələb edir.

Belə ki, Sala 16 yaşı olarkən bir neçə ay bu klubun formasını geyinib. Hazırda 4-cü liqada çıxış edən ispan klubu transferdən "yetişdirmə haqqı" olaraq paylarına düşən vəsaitin hesablarına köçürülməsini tələb edir.

Klubun prezidenti Armando Peres Kosta bununla bağlı açıqlamasında "Əgər oyunçuların yetişdirilməsi ilə bağlı beynəlxalq qaydalar varsa, bizim də payımıza düşən haqqı tələb etmək hüququmuz var. Bununla bağlı FIFA-ya müraciət etmişik" deyib.

Qeyd edək ki, "Kadriff Siti" Salanı 17 milyon avroya transfer etmişdi. Bu klub tarixinin transfer rekordudu.

Son xəbərlər
Bütün xəbərlər »