Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda xəstəxana ağır xəstəni qəbul etmədi — VİDEO
Şəkidən Yevlaxa qonaq gedən vətəndaşın vəziyyəti qəfildən pisləşib.

Xəzər TV -nin məlumatına görə, onu xəstəxanaya aparsalar da, Yevlax rayon Mərkəzi Xəstəxanasında xəstəni qəbul etməyiblər. Səbəb kimi isə onun başqa rayonda qeydiyyatda olmasını göstəriblər.

Yaxınlarının iddiasına görə, hadisə ötən gün axşam saatlarına Yevlax rayonunda olub. Şəki sakini 22 yaşlı Əmrah Əşirli dayısı evinə qonaq gəlib. Bir müddət sonra gənc oğlanın böyrəyindən kəskin sancı tutub. Qohumları onu dərhal Yevlax rayon Mərkəzi Xəstəxanasına aparıblar. Kadrlardan da göründüyü kimi xəstə ağrı içində qıvrılır. Əlacsız qalan qohumları isə xəstəxananın qarşısında vurnuxurlar.

Çəkilişi edən xəstənin yaxını içəri daxil olduqda isə xəstəxananın əməkdaşları gizlənməyə cəhd edirlər.

Qohumları həkimin ilkin yardımından sonra başqa xəstəxanaya aparacaqlarını desələr də, bir həkim belə xəstəyə yaxın durmayıb.

Xəstəxanadan bildiriblər ki, Əmrah Əşirlini Mingəçevir şəhər xəstəxanasına aparsınlar. Xəstənin dayısı xəstəxanadan təcili yardım maşını istəsə də, onlar buna da məhəl qoymayıblar. Bu səbəbdən kəskin ağrılar içində olan Əmrah Əşirlini qohumları Ağdamın Quzanlı xəstəxanasına aparıblar. Orda ilkin yardım edilib hazırda vəziyyəti normaldır.

Xəstə yaxınlarının dediklərinə inansaq, Yevlax Mərkəzi Xəstəxanasının münasibətindən belə çıxır ki, hər kəs yalnız qeydiyyatda olduğu rayonda xəstələnməlidir.

Xəstəxana Səhiyyə Nazirliyinin deyil, İcbari Tibbi Sığorta Agentliyin tabeliyindədir. Adı çəkilən qurumdan bildiriblər ki, məsələ ilə bağlı yalnız bazar ertəsi açıqlama verə bilərlər. Halbuki el bu gün də iş günüdür.

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
Son xəbərlər
Bütün xəbərlər »