Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Birliyini Çin və Rusiya casusları bürüyüb - Xəbərdarlıq

Avropa Xarici Siyasət Məsələri Xidmətinin nəzdində fəaliyyət göstərən daxili təhlükəsizlik bölümü Brüsseldə yerləşən Avropa strukturlarında (Avropa Komissiyası, Avropa Parlamenti və s.) çalışan diplomatlara xəbərdarlıq edib.

Onlar məlumatlandırılıb ki, Brüsseldə hazırda 250-yə yaxın çinli və təxminən 200 də rus casus var. Ona görə də diplomatlara ehtiyatlı olmaq tövsiyə edilib. Bu barədə “Die Welt” Avropa İttifaqının diplomatlarından birinə istinadən məlumat yayıb.

Bizimyol.info xəbər verir ki,  diplomatlara xüsusən “Avropa kvartalındakı” (Avropa İttifaqının əsas strukturlarının yerləşdiyi ərazi Brüsseldə qeyri-rəsmi şəkildə belə adlanır) kafe-restoranlarda daha diqqətli olmaq tapşırılıb.

Diplomatlara deyilib ki, təhlükəsizlik xidməti casuslarla bağlı müəyyən dəqiqləşdirmələr aparıb. Məlum olub ki, Çin və Rusiya xüsusi xidmət orqanlarına casusluq edənlər əsasən səfirliklərdə və öz ölkələrinin ticarət nümayəndəliyində işləyirlər.

“Die Welt” yazır ki, bundan əvvəl də Rusiya Brüsseldəki casuslarının sayına görə ölkələr arasında birinci yerdə idi. Amma sayla bağlı dəqiq rəqəm göstərilmir.

Belçikanın paytaxtında ABŞ və Mərakeş casuslarının da kifayət qədər çox olduğu bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »