Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Qaşıqçı işi ilə bağlı senatorlara hesabat verməkdən yayındı

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun jurnalist Camal Qaşıqçının  qətlində əli olub-olmadığı barədə Amerika Konqresinin senatorları qarşısında məruzə etməkdən yayınıb.

CNN telekanalı xəbər verir ki, Senatın xarici məsələlər üzrə komitəsi hələ oktyabrın 10-da vəliəhd şahzadənin Qaşıqçının ölümündə əli olub-olmamasını müəyyənləşdirmək və 120 gün ərzində öz qərarı barədə qanunvericilərə hesabat vermək tələbi ilə Donald Trampa məktub ünvanlamışdı. Müəyyən olunmuş vaxt fevralın 8-də sona çatıb.

ABŞ administrasiyası isə öz növbəsində prezidentin sorğuya cavab vermək öhdəliyinin olmadığını bildirib. Ağ Ev nəzdində milli təhlükəsizlik şurasında olan digər mənbənin sözlərinə görə, prezidentin müəyyən olunmuş vaxtda senatorların sorğusuna cavab vermək kimi hüquqi məsuliyyəti yoxdur. Lakin Dövlət Departamenti gün ərzində senatorlara izahat məktubu göndərəcək. Məktubun mövzusu barədə məlumat verilmir. Administrasiyadakı digər mənbələr isə Trampın Qaşıqçının qətli ilə bağlı qanunvericilərlə müzakirələr aparmağa davam edəcəyini və günahkarların məsuliyyətə cəlb edilmələri üçün tədbirlər görəcəyini deyiblər.

Xatırladaq ki, Camal Qaşıqçının oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının Baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik kompleksdən çıxarıldığını etiraf etmişdi.

Camal Qaşıqçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınırdı. 2017-ci ildə ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »