Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident sərəncam verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Y.M.Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin".

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru Xəqani Qara oğlu İsgəndərova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilsin".

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,6 milyon (bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »