Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Alaska” turizm və “Marriott” otellərin təşkilatçılığı ilə tədbir keçirildi
“JW Marriott Abşeron Baku” otelində "Alaska" Turizm və "Marriot" otellərinin təşkilatçılığı ilə tədbir keçirilib.

Bizimyol.info xəbər verir ki, Türkiyədəki məşhur “Marriott” otelləri tanıtmaq məqsədi ilə keçirilən tədbirdə ilk sözü “Milli QHT Forumunun Turizmin İnkişafı Mərkəzinin rəhbəri və həmin Forumun Moritorinq Komissiyasının üzvü, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının idarə heyətinin üzvü, turizm komissiyasının sədri və Qlobal Sağlamlıq Turizmi Şurasının prezidenti” Ruslan Quliyev alıb. O, qonaqları salamlayaraq, Türkiyədə olan sözü gedən, otellərin sahibləri ilə qısa zamanda sıx əlaqələri yarandığını buna görə də “Alaska” turizmin Türkiyə üzrə rəhbəri İmran Bağıyevə xüsusi təşəkkürlər etdiyini bildirib.

Tədbirin təşkilatçılarından olan İmran Bağıyev isə danışmadan da gözəl iş görmək olduğunu bildirib.

Tədbirdə Türkiyənin 5 ulduzlu "İstanbul Mariott Hotel Asia," "Marriott İnternational," "The Bodrum Edition," "Sheraton Bursa Hotel," "Sheraton Grand Adana Hotel," "The Ritz-Carlton," "Lugal, A Luxury Collection Hotel Ankara," "AC Hotel İstanbul Moçka," "The Sofa Hotel", "LE Meridien İstanbul Etiler", “Renaissance Bosphorus hotel” “Polat renaissance hotel” “W Hotel”-lərin müdürləri və rəsmi nümayəndələri iştirak edib.

Qeyd edək ki, tanınmış aparıcılar Afaq Gəncəli və Cavid Gülün idarə etdiyi gecədə qonaqların və jurnalistlərin bəziləri Türkiyədəki 5 ulduzlu otellərin birində bir neçə günlük ödənişsiz istirahət haqqı qazanıb. “Sunrise Music Band qrupu” və Leyla Kafari gecəyə öz şən musiqiləri ilə rəng qatıb.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »