Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur “Ayrılıq” mahnısının müəllifi vəfat etdi

Bizimyol.info xəbər verir ki, bu haqda Dünya Azərbaycanlıları Konqresinin həmsədri, xalq şairi Sabir Rüstəmxanlı məlumat verib və mərhumun ailəsinə başsağlığı diləyib.

Tanınmış şair öz Facebook səhifəsində yazıb ki, “Ayrılıq” mahnısının müəllifi, Güney Azərbaycandan - Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi Tehranda dünən dünyasını dəyişib. Mahnının musiqisini Güney Azərbaycanin məşhur tarzəni v bəstəkarı Əli Səlimi bəstələyib. Mahnı Yaqub Zurufçunun ifasında məşhurlaşıb. “Ayrılıq” təkcə Güney Azərbaycanda deyil, Azərbaycan Respublikasında, Türkiyə Cümhuriyyətində, eləcə də, bütün dünyada çox məşhurdur, daim ifa olunur və sevilir.

“Bizim Yol” olaraq biz də on milyonlarla soydaşımız arasında mənəvi körpü rolunu oynamış bu gözəl mahnının çox təsirli sözlərinin müəllifi Fərhad İbrahimin vəfatından üzülürük və ailəsinə, bütün xalqımıza başsağlığı veririk!

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
››› Blogger Rusiya pasportu ilə Qarabağa buraxıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »