Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanaldan yüksələn nəhəng əllərin mesajı var
XXI əsrin əsas problemlərindən biri olaraq iqlim dəyişikliyi göstərilir. Bir tərəfdən alimlər və universitetlər bu məsələyə alternativ həll yolları yaradaraq qarşısını almağa çalışır, gigər tərəfdən isə sənətkarlar, ictimai fiqurlar cəmiyyəti məlumatlandırmaq üçün kampaniyalar keçirir.

Bu mövzuda, son günlərin ən diqqət çəkən hadisəsi isə Venesiyada baş tutub. Venesiya Sənət Festivalında italyan memar Lorenzo Quinn-nin hazırladığı “nəhəng əllər” Venesiyanın iqlim dəyişikliyinin təsirində “boğulmasını” təsvir edir.

Bildiyiniz kimi, Venesiya yüz illərdir İtaliya və Avropada mədəniyyətin, incəsənət adamlarının toplaşdığı şəhərlərdən biridir. Şəhər kanallar üzərində inşa olunduğu üçün dəniz suyunun yüksəlməsindən ən çox təsirlənən Avropa şəhəridir. Hətta bəzi alimlər daha da bədbin yanaşaraq Venesiyanın növbəti 100 ildə sular altında qalacağına inanır.

Lorenzo Quinn-nin hazırladığı “nəhəng əllər” Venesiya kanalından yüksələrək tarixi Ca’ Sagredo otelini saxlamağa çalışır. Quinn-nin məqsədi insanların gec olmadan bu problemə daha çox diqqət göstərməsidir.

pahoo.az

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »