Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan tələbə qızın xahişini yerə salmadı - Video

Türkiyənin Sivas şəhərində keçirilən mitinqlərə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mitinqdən sonra yanına gələn tələbə qızı qəbul edib.

Dövlət başçısı ilə tələbə arasında səmimi söhbət baş tutub. Tələbə Ərdoğana öz telefonunu uzadaraq, valideynləri ilə danışmasını xahiş edib.

Türkiyə prezidenti tələbənin xahişini yerə salmayıb, gənc qızın atası və nənəsi ilə danışıb. Xəstə olduğu üçün mitinqə qoşula bilmədiyini söyləyən nənə Ərdoğana xeyir-dualarını çatdırıb.

Ərdoğan söhbət zamanı tələbə qızın atasına “Maşallah, nə şirin qızın var” deyə zarafat edib. (Oxu.az)

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »