Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minlərlə iranlı mühacir Paris küçələrinə çıxdı, rejimi devirməyə çağırdı - Video

Ötən gün Parisdə İran hakimiyyətinə qarşı etiraz nümayişi keçirilib.

Bizimyol.info Virtualaz.org-a istinadən xəbər verir ki, bir neçə min iranlı müxalif İranda dini rejimin ləğv edilməsinə çağırıblar. Bu nümayiş İranda islam inqilabının baş verməsindən 40 il sonra keçirilir.

Nümayişə “Xalq mücahidləri” müxalif qruplaşması da qatılıb. Habelə bir sıra keçmiş və fəaliyyətdə olan fransalı siyasətçi nümayişə dəstək verib.

Nümayişçilər əllərində “Xalq mücahidləri”nin lideri Miriyam Rəcavinin portretlərini də tutublar. Bu təşkilat vaxtilə İraqda düşərgə salmışdı və İrana qarşı müharibə aparırdı. 2003-cü ildə İraqa müdaxilə edən Amerika qoşunları qruplaşmanı tərksilah edib.

İranda islam inqilabının 40 illiyinin tamam olduğu bir vaxtda ölkə dərin iqtisadi böhran içərisindədir və insanların inqilabla bağlı məyusluğu getdikcə artır. Bir tərəfdən ABŞ tərəfindən tətbiq edilmiş sərt iqtisadi sanskiyalar, digər tərəfdən hakimiyyətin korrupsiyalaşması iranlıların sosial-iqtisadi vəziyyətini xeyli ağırlaşdırıb. İran liderləri bu günlərdə ölkənin görünməmiş iqtisadi böhran içərisində olduğunu etiraf ediblər.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
››› Oktyabrın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »