Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynadakı seçkiləri tanımayacağının anonsunu verdi

“Rusiya vətəndaşlarının Ukraynada keçirilən prezident seçkilərinə müşahidəçi qismində qatılmasının qadağan edilməsi bizə haqq verir ki, bu seçkiləri tanımayaq”.

Bu barədə rusiyalı senator Aleksey Puşkov bildirib.

“Rusiyalı müşahidəçilərin seçkilərdə iştirakının qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin qəbulu ilə Ukrayna beynəlxalq öhdəlikləri pozdu. Heç bir sanksiya olmayacaq. Lakin bu seçkiləri tanımamaq üçün hər cür haqqımız var. Buna xeyli səbəb var”, - deyə Puşkov bəyan edib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Petro Poroşenko olmaqla 44 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »