Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Camal Qaşıqçının nişanlısından Trampa çağırış

Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz ABŞ prezidenti Donald Trampı bu cinayətlə bağlı mövqeyini dəyişməyə çağırıb.

Cengiz Türkiyədə nəşr olunan və yerli jurnalistlərin ondan aldıqları müsahibə şəklində yazılan "Camal Qaşıqçı: həyatı, mübarizəsi və sirləri" kitabının İstanbulda təqdimatı zamanı bu bəyanatla çıxış edib.

O, kitabı "emosional" adlandırıb, çünki Qaşıqçı burada ona yaxın insanların jurnalisti tanıdıqları kimi təqdim olunmayıb.

"O (Tramp), bu məsələ ilə bağlı yeni mövqe tutarsa, biz çox şad olarıq", - deyə Xədicə NTV telekanalının efirində bildirib.

Cengiz nişanlısının qatillərinin cəzalandırılacağına, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səudun isə "düşüncəli davranaraq" Türkiyənin cinayətin araşdırılması üzrə səylərini dəstəkləyəcəyinə ümid bəslədiyini bildirib.

"Bizim üçün meyitin tapılması və yaxınlarının onun üçün dua edəcəyi yerin olması vacibdir", - deyə o əlavə edib. (Publika.az)

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »