Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Kim Çen Inla görüş yerini açıqladı

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş Hanoy şəhərində keçiriləcək .

Bu haqda Ağ Ev rəhbəri öz “Twitter” səhifəsində açıqlama verib.

Onun sözlərinə görə, KXDR-ə göndərdiyi nümayəndələr məhsuldar danışıqların yekunu olaraq ikinci ABŞ-Şimali Koreya sammitinin yeri və vaxtı ilə bağlı qarşı tərəflə razılığa gəlib. “Prezident Kimlə görüşü və sülh prosesinin tərəqqisini səbirsizliklə gözləyirəm”, - deyə Tramp yazıb.

Bundan əvvəl ABŞ KİV-də Donald Tramp və Kim Çen In arasında görüşün 27-28 fevral tarixlərində Vyetnamda keçiriləcəyi xəbəri yayılmışdı. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »