Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro: "Qərb Liviyadakı kimi, Venesuelanın təbii ehtiyatlarını ələ keçirmək istəyir"

Venesuelanın müstəqillik və suverenliyini humanitar yardım göndərmək bəhanəsi altında məhv etməyə çalışırlar.

Bunu cümə günü jurnalistlərə ölkə prezidenti Nikolas Maduro deyib.

"Ölkənin müstəqillik və suverenliyini humanitar yardım göndərmək bəhanəsi altında məhv etməyə çalışırlar. Ölkəmizdə sabitliyi pozmaq istəyirlər, lakin bu onlara uğur gətirmədi", - deyə o bildirib.

Prezident qeyd edib ki, Qərb Liviyada olduğu kimi, Venesuelanın təbii ehtiyatlarını ələ keçirmək üzrə planını həyata keçirməyə cəhd göstərir.

"Venesuela üçün hazırlanmış plan az-çox Liviya ilə etdiklərinə bənzəyir. Məqsəd onun təbii ehtiyatlarını ələ keçirməkdir", - deyə dövlət başçısı bildirib.

Maduronun sözlərinə görə, ölkənin daxilinə "beşinci kolonna" yeridilib, lakin onlar Suriya və Liviyada olduğu kimi buna nail ola bilmədilər.

"Biz imkan verməyəcəyik ki, onlar Venesuelada terror qruplaşmaları yaratsınlar", - deyə prezident vurğulayıb.

Maduro bildirib ki, heç bir halda humanitar yardım göstərmək bəhanəsi altında dövlətin sərhədlərini pozmağa imkan verməyəcək.

"Biz heç bir halda sərhədlərimizin pozulmasına imkan verməyəcəyik", - deyə o söyləyib.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
Son xəbərlər
Bütün xəbərlər »