Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ukraynada efirdə Nəsirovun üstünə su tökdülər – Video

Ukraynanın ZİC telekanalının canlı yayımında deputat Sergey Şaxov Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, prezidentliyə namizəd Roman Nəsirova su atıb.

Hadisə sosial ödənişlər və maaşlarla bağlı müzakirələrin aparıldığı verilişdə baş verib.

Şaxov Nəsirova “Siz insanlara maaşlar, pensiyalar haqqında danışmısınız. Hansı hakimiyyətdə çalışmısınız?” deyə sual verib. Azərbaycanlı Nəsirov isə “yaxşı ki, soruşdunuz” deyə cavab verəndən sonra opponenti “Sizə sərinləmək lazımdır” deyərək masa üzərindəki su ilə dolu stəkanı götürüb və suyu Nəsirova tərəf atıb.

Nəticədə Nəsirovdan çox veriliş aparıcısı və digər iştirakçılar islanıb. (Oxu.az)

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »