Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Administrasiyasının açıqlamasına “Bakı Metropoliteni”nin cavabı

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi 2018-ci il üzrə vətəndaşların müraciətinə laqeyd yanaşan, qəbul etməyən dövlət qrumlarının siyahısını açıqlayıb.

Siyahıda “Bakı Metropoliteni” QSC-nin adə adı var. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Bizimyol.info-ya bildirilib ki, 2018-ci il ərzində “Bakı Metropoliteni” QSC-də rəhbər işçilər tərəfindən 662 vətəndaşın və 1022 metropoliten əməkdaşının qəbulu həyata keçirilib.

“Vətəndaşların qəbulu zamanı qanunla müəyyən edilmiş qaydada və müddətdə müraciətlərə baxılır və yerində həlli mümkün olan məsələlərlə bağlı struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilir. Onu da qeyd etmək lazımdır ki, bununla yanaşı vətəndaşların qəbulunun təşkilində müəyyən nöqsanlar mövcuddur. Belə ki, “Bakı Metropoliteni” QSC sədrinin tapşırığına əsasən, bu sahədə işin daha effektiv aparılması, müraciətlərin obyektiv araşdırılması, cavablandırılması və vətəndaşların qəbulunun səmərəli təşkil edilməsi üçün cədvəllərdə qəbul vaxtları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlərə başlanılıb”,-deyə “Bakı Metropoliteni”ndən bildirilib.

Ramid İbrahimov

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »