Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 futbolçu yanaraq öldü

Braziliyanın “Flamenqo” klubunun təlim-məşq bazasında baş vermiş yanğın nəticəsində on nəfər gənc futbolçu dünyasını dəyişib.

Bizimyol.info xəbər verir ki, hadisə baş verən baza Rio-de-Janeyro şəhərinin kənarında yerləşir. Yanğın 18 yaşa qədər futbolçuların istirahəti üçün nəzərdə tutulan binada baş verib.

Həyatını itirmiş 10 nəfərdən hələlik 6-nın şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Bunlar 15 yaşlı Bernardo Pisetta, Kristian Esmerio, Atilla Paişau, 14 yaşlı Artur Vinitsiy, Pablo Enrike və Viktor İsaydır. Daha üç futbolçu isə xəstəxanaya çatdırılıb. Onlardan 15 yaşlı Conatan Venturun vəziyyəti daha ağırdır. Onun bədəninin təxminən 40 faizi yanıb. Digər iki nəfərin vəziyyətinin isə stabil olduğu bildirilir.

“Flamenqo” Braziliyanın əsas futbol klublarından biridir. Bu komanda tarixində heç vaxt yüksək liqadan aşağı düşməyib.

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »