Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda turizmlə bağlı sorğu keçirilib
Qafqaz Araşdırmaları Mərkəzi layihə çərçivəsində yekun tədbirini keçirib

Qafqaz Araşdırmaları Mərkəzi-ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Bakı şəhərində yerləşən mədəni və tarixi abidələr üçün nəzərdə tutulan turist marşrutları və göstərilən xidmət səviyyəsinin tədqiqi” mövzusunda layihəsinin yekun hesabat tədbiri keçirilib.

Bu barədə adıçəkilən qurumdan Bizimyol.info-ya məlumat verilib. Məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan İB-nin icraçı direktoru Q.Məmmədova layihə çərçivəsində görülən işləri mərhələlərlə iştirakçılara çatdıraraq qeyd edib ki, layihə fəaliyyəti dövründə üç tədbir keçirilmiş və bu tədbirlərin hər birində ixtisaslı tələbələr, eləcə də tədqiqatçılarla mövzu ətrafında müzakirələr aparılıb.

«Müzakirələr əsasında Bakı şəhərində yerləşən mədəni və tarixi abidələrdə turist cəlbediciliyinin öyrənilməsini nəzərdə tutan sorğu keçirilib və alınan cavablar əsasında hesabat hazırlanıb». Tədbirdə iştirak edən kulturoloq V.Məmmədzadə layihənin icra komandasının turistik məkanlara səfərləri və turistlərlə sorğu zamanı verilən cavabları mütəxəssis yanaşması ilə izah etmişdir. Tədbirdə iştirak edən Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları tədqiqat layihəsi ətrafında müzakirələr aparmışdır. Sonda iştirakçılar xatirə fotoşəkli çəkdirib.

[gallery columns="1" size="full" ids="14185">

Xəbər Xidməti

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »